Region Özəl

İstanbulda PKK əməliyyatında 11 nəfər saxlanıldı

İstanbulda PKK əməliyyatında 11 nəfər saxlanıldı

İstanbulda terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.

Demokrat.az-ın CNN Türk-ə istinadən məlumatına görə, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi PKK/KCK terror təşkilatı üzvlərinin müəyyən edilərək tutulması istiqamətində işlərə başlayıb.

Əvvəllər təşkilat daxilində silahlı fəaliyyətdə iştirak səbəbindən saxlanılan və tutularaq həbsxanaya göndərilən şəxsin mobil telefonuna baxış keçirilib.

Araşdırmalar zamanı terrorçularla çəkilən fotolarda terror təşkilatı üzvü olduqları şübhəli bilinən şəxslər müəyyən edilib. Polis qrupları həmin şübhəliləri tutmaq üçün bu səhər bir çox ünvanda eyni vaxtda əməliyyat keçirib. Nəticədə əməliyyat zamanı 11 şübhəli saxlanılıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova