Gündəm Özəl

“Ermənilər ətraf ölkələrin ərazisində assimilyasiya olunacaqlar” — ŞOK AÇIQLAMA

“Ermənilər ətraf ölkələrin ərazisində assimilyasiya olunacaqlar” — ŞOK AÇIQLAMA

"Ermənistan bir dövlət kimi dalana dirənib və erməni cəmiyyəti çıxış yolu axtarır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib. A.Qasımov qeyd edib ki, Azərbaycanın qarşısında məğlubiyyətdən sonra dayanmaq üçün bir sıra addımlar atmalıdırlar:

"Fikirləşirlər ki, Azərbaycanın təzyiqlərinə davam gətirmək üçün elə yollar tapılmalıdır ki, qarşı tərəf nə desə, ona məcbur əməl etmək məcburiyyətində qalmasınlar. Təbii ki, onların siyasi debatlarında deyilən fikirlərdə də bunlara rast gəlmək mümkündür. Bunun üçün də çıxış yolunu vəziyyəti gərginləşdirməkdə görürlər. Fərqi yoxdur kiminlə, əsas odur ki, qarşıdurma görüntüsü yaradıb vaxt qazansınlar. Rusiyaya qarşı antirusiya ab-havası yaratmaq görüntüsü də buna görədir. Guya Rusiyadan tamamilə aralanıb Qərbə meyl etmək istəyirlər. Təbii ki, müəyyən sayda həqiqətən belə düşünən ermənilər var, amma əksəriyyətin Rusiyadan qopmağın onlar üçün məhvedici olacağını yaxşı bilirlər".

Analitikin fikrincə, ermənilər ən yaxşı halda ətraf ölkələrin ərazisində assimilyasiya olunacaqlar:

“Ermənilər ətraf ölkələrin ərazisində assimilyasiya olunacaqlar” — ŞOK AÇIQLAMA

"Regionun coğrafiyası elədir ki, Rusiyasız Ermənistan çox yaşamaz. Tək iqtisadi mənada yox, elə fiziki mənada da. Ona görə yox ki, kimlərsə onları məhv edəcək, sadəcə ermənilərin sayı onu deməyə əsas verir ki, bir müddətdən sonra ermənilər ən yaxşı halda ətraf ölkələrin ərazisində assimilyasiya olunub yox olacaqlar. Pis halda isə elə Rusiyanın özü onları məcbur edəcək ki, Ermənistanı tərk etsinlər. Ermənistanın bütün iqtisadiyyatının, enerji təminatının Rusiyanın əlində olmasını deməyə ehtiyac yoxdur. Qərbə inteqrasiya olunmuş Ermənistan belə yenə ən yaxşı halda Rusiyaya möhtac qalacaq. Qərb Ermənistana gətirib qaz verməyəcək. Ermənilər də bunu hamıdan yaxşı başa düşürlər. Ermənistanın məqsədi guya Rusiyadan ayrılıb, Qərbə inteqrasiya etmək istəyir görüntüsü yaratmaqdır. Həm Qərbdən, həm də Rusiyadan dəstək almağa cəhd edirlər. Türkiyə və Azərbaycan qarşısında çıxılmaz vəziyyətdə olduqları üçün indiki geosiyasi durumda məhv olmaqdan sığortalamaq istəyirlər. Amma, onların məhv olmasının qarşısının alınmasının elə Türkiyə və Azərbaycanın yanında olduğunu başa düşən ermənilər də az deyil. Əsas qalır bunu digər ermənilərin də başa düşməsi".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova