Hadisə

Azərbaycanda qadın dəm qazından zəhərləndi

Azərbaycanda qadın dəm qazından zəhərləndi

Şamaxıda 36 yaşlı qadın dəm qazından zəhərlənib.

Demokrat.az-ın məlumatına görə, rayonun Məlhəm kənd sakini 1987-ci il təvəllüdlü Eyyubova Vüsalə Əzizağa qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

V.Eyyubova yaxınları tərəfindın Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az