Şou-biznes

"Evdən çölə çıxmıram" — Lətifə virusa yoluxdu

Evdən çölə çıxmıram — Lətifə virusa yoluxdu

Müğənni Lətifə Soyuöz son günlər yayılan qrip virusundan gileylənib.

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir həftədir xəstə yatdığını deyib. O bildirib ki, bütün ailə üzvləri də virusa yoluxub:

"Dərmanlı, sistemli bir həftəni geridə qoyduq. Son gün yayılan bu qripi, xəstəliyi elə-belə qəbul etməyin. Bir həftədir evdən çölə çıxmırıq".

Lətifə hazırda sağaldığını vurğulayıb.

D
demokrat.az