İdman

"Çelsi" Bakı finalının qalibidir - YENİLƏNİB

Çelsi Bakı finalının qalibidir - YENİLƏNİB

"Çelsi"UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün qalibi olub.

Demokrat.Azxəbər verir ki, Bakı Olimpiya stadionunda baş tutanhəlledici görüşdə Londonun iki klubu - "Çelsi" və "Arsenal" üz-üzə gəlib.

İtaliyalı FİFA referisi Canluka Rokkinin idarə etdiyi görüşdə "Çelsi" rəqibi üzərində 4:1 hesablı inamlı qələbə qazanıb. İlk 45 dəqiqəsi qolsuz heç-heçə ilə bitən görüşün növbəti hissəsinə "zadəganlar" daha fəal başlayıb. Elə 49-cu dəqiqədə Oliver Jiru qarşısıalınmaz baş zərbəsi ilə hesabı açıb. Cəmi 11 dəqiqə sonra ispaniyalı hücumçu Pedro komandasının üstünlüyünü iki topa çatdırıb. 65-ci dəqiqədə "Çelsi"nin lideriHazard penaltidən fərqlənərək "Arsenal"ı üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. Oyuna sonradan qoşulan İvobi 69-cu dəqiqədə toplardan birinin əvəzini çıxıb. Lakin 72-ci dəqiqədə Hazard dubl edərək "Çelsi"nin 4:1 hesablı qələbəsində əsas pay sahibi olub.

29 MAY

UEFA AVROPA LİQASI

FİNAL

"ÇELSİ" (İNGİLTƏRƏ) - "ARSENAL" (İNGİLTƏRƏ)-4:1

Qollar: Oliver Jiru, 49; Pedro Rodriqes, 60; E.Hazard, 65 (penalti), 72 -İvobi, 69.

"Çelsi": K.Arrizabalaqa, Jorjinjo, Nqolo Kante, E.Hazard, Pedro Rodriqez, Kovaçiç, Oliver Jiru, Kristensen, Sezar Azpilikyueta, David Luiz, Emerson Palmiyeri.

Ehtiyat oyunçular: Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran.

"Arsenal": Petr Çex, Papastatopulos, Kosçelni, A.Lyakazett, M.Özil, A.Torreyra, Pyer-Emerik Obameyanq, Meytlend-Nayls, Naço Monreal, Kolaşinaç, Qranit Caka.

Ehtiyat oyunçular: Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka.

Bakı Olimpiya Stadionu

Baş hakim: Canluka Rokki.

Demokrat.Az

D
demokrat.az