Yağan qar səbəbindən Bakıda yollar buz bağlayıb.Bəzi yollarda qarlı hava qəzalara səbəb olub.
Demokrat.az xəbər verir ki, avtovağzal istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomobil sürüşərək yolun kənarındakı beton arakəsməyə çırpılıb.
Nəticədə avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.
Həmçinin, qəza digər avtomobillərin hərəkətinə mane olub və yolda sıxlıq yaranıb. 

Leyla
Demokrat.az


