Hadisə

Bakıda siçovullarla dolu ət dükanı ilə bağlı araşdırma aparılır

Bakıda siçovullarla dolu ət dükanı ilə bağlı araşdırma aparılır

Keşlə bazarında ət kəsimi məntəqəsində siçovullar olması ilə bağlı məsələ araşdırılacaq.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, qeyd olunan məsələ Agentlik tərəfindən nəzarətə götürülüb.

"Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".

D
demokrat.az