Hadisə

Güclü külək əsəcək, çovğun olacaq — XƏBƏRDARLIQ

Güclü külək əsəcək, çovğun olacaq — XƏBƏRDARLIQ

Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Demokrat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta olacaq. Yollar buz bağlacaq.

D
demokrat.az