Kriminal Özəl

Azərbaycan dövlət sərhəddini pozan iranlının məhkəməsi başlayır

Azərbaycan dövlət sərhəddini pozan iranlının məhkəməsi başlayır

Azərbaycan dövlət sərhəddini pozmaqda ittiham olunan İran vətəndaşı Xodarəhim Zahidi Samın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Qalib Paşayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Xodarəhim Zahidi Sam Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə ittiham edilir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az