Kriminal Özəl

Arvadı ilə kafedə pivə içdi, evdə döydü — Abşeronda ŞOK OLAY

Arvadı ilə kafedə pivə içdi, evdə döydü — Abşeronda ŞOK OLAY

Abşeron rayonunda 1978-ci il təvəllüdlü Şakir ailə münaqişəsi zəminində qeyri-rəsmi münasibətdə olduğu Zamirəyə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Şakirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şakir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Zamirə ilə 8 aydır qeyri-rəsmi ər-arvad münasibətində Məmmədli kəndində yaşayır: “Hadisə günü Zamirə mənə zəng edərək Məmmədli kəndində yerləşən kafeyə dəvət etdi, birlikdə pivə içdik. Evə qayıdan zaman Zamirəyə özümü yaxşı aparmasını dedim, məni təhqir etməməsini tələb etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, gecə saat 01.00-da evdə olan zaman mübahisə zəminində Zamirənin sifət və bədəninin müxtəlif nahiyələrinə yumruqla vurub: “Zamirə bədəninin müxtəlif nahiyələrinə təpiklə, sifət nahiyəsinə isə yumruq və şillə ilə vurdum”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Şakirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az