Sosial Özəl

"50 min hektar meşə məhv edilib" — Xidməti rəisi

50 min hektar meşə məhv edilib — Xidməti rəisi

"2022-ci il ərzində 1374 hektar ərazidə yeni meşələrin salınması üçün işlər görülüb. Bununla bağlı mövcud meşələrdə meşəbərpa tədbirləri keçirilir".

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib. O qeyd edib ki, çəpərlənmə, torpağın yumşaldılması, toxum səpilməsi və s. ilə bağlı ümumi işlər görülür.

"Regionlarda meşə regional tinglik sahələri yetişdirilir, həmçinin 21 növ üzrə müxtəlif ağac toxumları yetişdirilir. Növbəti ilə ümumi hədəfimiz 3 milyon ağacın əkilməsidir. İşğaldan azad olunmuş ərazilərimizdə digər qurumlar kimi biz də monitorinqlərə başladıq. Ötən illərdə bizim əlimizdə olan məlumatlar və monitorinqlər göstərdi ki, 50 min hektar meşə məhv olunmuş vəziyyətdədir. Bu sahədə bir sıra istiqamətlərdə tədbirlərə başlamışıq. Bununla bağlı Türkiyədən gəlmiş mütəxəssislər də bizə yardım göstərir. Bununla yanaşı, biz hansı ərazidə mümkündürsə, orada meşəbərpa işlərinə başlamışıq. Yeri gəlmişkən, bu istiqamətdə Cəbrayıl rayonu ərazisində Türkiyənin və oradakı işçilərin iştirakı ilə böyük bir tinglik sahələr yetişdirilir".

Aynurə Demokrat.az

D
demokrat.az