Sosial Özəl

Ağacların qanunsuz kəsilməsinə görə həbs cəzası verilə bilər — RƏSMİ

Ağacların qanunsuz kəsilməsinə görə həbs cəzası verilə bilər — RƏSMİ

"Ağacların qanunsuz kəsilməsinə görə cəzaların artırıla bilər. Bununla bağlı layihə aidiyyəti üzrə təqdim olunub və yaxın vaxtlarda qəbul olunacaq".

Demokrat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Qurum rəsmisi cərimələrin 4-5 dəfə artırıla biləcəyini bildirib:

"Bu qərar qüvvə mindikdən sonra Bakı ərazisində vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi, hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hətta, həbs cəzasının veriləcəyi də istisna deyil".

Aynurə Demokrat.az

D
demokrat.az