Gündəm Özəl

Ərdoğan: "Müharibəyə son qoymaq üçün vasitəçilik etməyə hazırıq"

Ərdoğan: Müharibəyə son qoymaq üçün vasitəçilik etməyə hazırıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Putinlə görüşdən sonra Ukrayna lideri Volodimir Zelenski ilə də telefon danışığı aparıb.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığında Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə, Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün vasitəçilik etməyə hazırdır.

Həmçinin, Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi və taxıl dəhlizindəki inkişaflar müzakirə edilib.

Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini bildirən prezident Ərdoğan, Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəklərini ifadə edib.

Digər tərəfdən, prezident Ərdoğanın Putinlə görüşündə Türkiyə-Rusiya münasibətləri müzakirə olunub. Görüşdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması, terror təşkilatı PKK/PYD/YPG-nin təmizlənməsi üçün konkret addımların atılmasının vacibliyi vurğulanıb. Rusiya-Ukrayna müharibəsi ilə bağlı taxıl dəhlizində aparılan danışıqlar, əsir mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zona təşəbbüslərinin müsbət nəticələrinin şahidi olduqlarını xatırladan prezident Ərdoğan, sülh və danışıqlara çağırışların birtərəfli qaydada dəstəklənməli olduğunu söylədi.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova