Hadisə

39 yaşlı qadına əri xəsarət yetirdi

39 yaşlı qadına əri xəsarət yetirdi

Şəmkirdə 39 yaşlı qadına əri tərəfindən xəsarət yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1984-cü il təvəllüdlü A.Babayevanı həyat yoldaşı ailədaxili münasibətlər zəminində döyüb, daha sonra qol nahiyəsindən kəsici alətlə xəsarətlər yetirib.

Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova