Hadisə

Avtomobil xidmətdə olan polisi vurdu

Avtomobil xidmətdə olan polisi vurdu

Şabran rayonunda yol polisi əməkdaşını avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Gəndob kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü polis serjantı Ağayev Röyal Eldar oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

NE
Nihadə Eyyubova