Hadisə

Şəmkirdə yol qəzası — Ölən və yaralananlar var

Şəmkirdə yol qəzası — Ölən və yaralananlar var

Şəmkir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Demokrat.az-a verilən məlumata görə, yanvarın 2-si saat 3 radələrində şəhər sakini S.Pənahov idarə etdiyi “Hyundai” markalı avtomobili dirəyə vurub.

Nəticədə S.Pənahovun sərnişini həmyerlisi Məhərrəm Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini T.Məmmədli xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

D
demokrat.az