Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, türk qoşunlarının Suriyadan çıxarılması üçün siyasi prosesdə addımlar atılmalıdır.
Demokrat.az xəbər verir ki, bu barədə “Duvar” qəzeti məlumat yayıb.
“Qoşunlarımızın çıxması üçün siyasi prosesdə addımlar atılmalıdır. Boşluqlar varsa, terror təşkilatları onları doldurmamalıdır”, - deyə nəşr onun sözlərini sitat gətirir.
Bundan əvvəl məlum olub ki, Ankara Moskvada Rusiya , Suriya və Türkiyə müdafiə nazirləri arasında keçirilən danışıqların yekunlarına əsasən, Türkiyə qoşunlarının Suriyanın şimalında nəzarəti altında olan ərazilərdən çıxarılmasına razılaşıb.
Suriya ilə ikinci görüşün yanvarın ikinci yarısında keçiriləcəyini deyən Mövlud Çavuşoğlu, “Moskva və ya başqa üçüncü ölkə də ola bilər” deyib.


