Region

Erməni keşişdən qəribə sözlər: “Bunu etməsək, Laçın yolu açılmayacaq”

Erməni keşişdən qəribə sözlər: “Bunu etməsək, Laçın yolu açılmayacaq”

Laçın yolundakı durum haqda danışan Xankəndidəki separatçı kilsənin keşişi Ovannes Ovannisyan qəribə sözlərlə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, Ovannes “yolun açılması” üçün bütün ermənilərin katalikosu II Qareginin xeyir-duasının lazım olduğunu deyib

Separatçı keşiş jurnalistin “Laçın yolunun açılması üçün hansı addım atılmalıdır” sualına belə cavab verib:

“Bu məsələnin tezliklə həll olunacağını görmürəm. Tövbə edib, Müqəddəs Eçmiədzinə gedib bütün ermənilərin katolikosunun (II Qaregin) xeyir-duasını alana qədər bu məsələni həll edə bilməyəcəyik.

Tezliklə Milad bayramı gəlir, əgər dua edib, xeyir-dua alsaq, məqsədimizə çata bilərik”. (teleqraf.com)

D
demokrat.az