Kriminal Özəl

Sumqayıtda gənc oğlan sevgilisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda gənc oğlan sevgilisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1994-cü il təvəlüldlü Pərviz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Nərgizə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Pərviz yaşadıqları evdə aralarında yaranan münaqişə zamanı Nərgiz ilə mübahisə edib. Mübahisə zamanı onu vuraraq müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs ilə qeyri-rəsmi yaşayır: “Hadisə günü, gecə saat 02 radələrində Nərgizlə aramızda söz mübahisəsi yarandı. Nərgizin mənə məxsus telefonun whataap qurğularına baxmaq istədi. Buna imkan vermədiyindən telefonu onun əlindən aldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Nərgiz bayıra çıxaraq səs-küy salıb və qışqırıb: “Mən də Nərgizi içəri çağırdım. Nərgiz içəri keçməyərək qışqırmağına davam etdi. Nərgizi sakitləşdirmək istəsəm də, buna nail olmadım. Bu səbəbdən onun üz nahiyyəsinə yumruqla vurdum”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az