Erməni faşizmi üzərində tarixi qələbədən sonra Azərbaycan xalqı özünün ən xoşbəxt və qürurlu günlərini yaşayır. Azərbaycan Prezidenti müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun şücaəti və qüdrəti, xalqımızın birliyi və səfərbərliyi döyüş meydanında olduğu kimi, indi sosial iqtisadi inkişafda, bərpa quruculuq işlərində, sərhədlərimizin təhlükəsizliyində öz bəhrələrin verir və həyatımızı mənalandırır. Qarabağ torpaqlarının işğaldan azad edilməsi bu gün Qərbi Azərbaycan torpaqların, İrəvanın, Göyçənin, Dərələyizin, Zəngəzurun azadlığına və uzun illər həsrət içərisində yaşayan insanların o torpaqlara qayıdışına yollar açır. Bu unudulmaz tarix, müqəddəs amal, ürəkləri riqqətə gətirən duyğulardı. Ulu öndərimiz Heydər Əliyev Qarabağ torpaqlarının düşməndən azad ediləcəyinə əmin idi. Prezidentimiz cənab İlham Əliyev erməni faşistlərinə bu torpaqlarda yer yoxdu deyirdi və verdiyi vədə əməl etdi. Düşmənin başı əzildi. Bu gün Ali Baş Komandan Qərbi Azərbaycan torpaqlarına qayıdacağımızın anonsunu verir, dünyaya bir daha haqqın, ədalətin, yeni mübarizənin mesajlarını göndərir və Qərbi Azərbaycan icmasının yığıncağında qətiyyətlə bildirir ki, biz mütləq ata - baba torpaqlarımıza qayıdacağıq. Çünki Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Bunu tarixi sənədlər, xəritələr, keçmişimiz təsdiqləyir. Ermənilər bu torpaqlara gəlmədilər və 1918 - ci ildə bu torpaqlar üzərində qondarma erməni dövləti yaratmışlar. Həmin dövrdən başlayaraq onlar 1918 - 20, 1948 -1953,1988 - 1992 - ci illərdə azərbaycanlıları zor gücünə öz ata - baba torpaqlarından çıxarmış, tarixi - dini, mədəni abidələrimizi məhv etmişlər. Yüzlərlə yaşayış məsgənlərimizin, abidələrimizin adı, ünvanı dəyişdirilmişdir. Bütün bunlara baxmayaraq xalqımız əsrlər boyu öz hüquqlqrını qorumaq, doğma torpaqlara qayıtmaq üçün fədakarlıq göstərmiş həsrətli bir ömür yaşamışlar. Ancaq erməni xəyanətkarlarının, onların havadarlarının səyləri nəticəsində bu mümkün olmamışdır.
Ancaq indi dövr - zaman dəyişmiş, Cənubi Qafqazda Azərbaycan yeni reallıqlar yaratmağa, qatı düşmənlərimizin səsini kəsməyə, xalqımızın haqlı tələblərini dünya ictimaiyyətinə çatdırmağı, qüdrətli dövlət və ordu yaratmağa nail olmuşdur.
Bu gün Azərbaycan Prezidenti xalqın səsini, haqqımızı, istəyimizi dünyaya çatdırmağa, ən çətin sədləri, maneləri dəf etməyə qadirdir. Dövlətimizin rəhbəri “Qarabağ Azərbaycandır” nidaları əksinə indi, “Qərbi Azərbaycan tarixi torpaqlarımızdır” kəlmələrini səsləndirir. Hər birimiz bu sözləri qürurla dinlədik və ürəyimizə yazdıq. Dinləmələrlə bərabər elə bilirəm hamımız bu ali məqsədin, müqəddəs amalın təbliğatçısı, təşkilatçısı, yol yolçusu olmalıyıq. Hər an, hər saat ölkə rəhbərinin fikirlərinin, istəklərinin həqiqətə qovuşması naminə əlimizdən gələni əsirgəməməliyik. Azərbaycan kiçik olsa da Prezidenti çox böyükdür. Böyük olanın amalları da, əməlləri də böyükdür. Qərbi Azərbaycana uzanan yolların, qolların, arzuların sahibi, İlhamçısı Prezidentimiz, Ali Baş Komandanımızdır və əminik ki, yolumuz uğurlu, sabahımız işıqlı olacaqdır. Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri


