Kabildə Rusiya səfirliyi yaxınlığında partlayış baş verib.
Hadisə Əfqanıstan paytaxtının altıncı təhlükəsizlik bölgəsi olan Darulamanda qeydə alınıb.
Hələlik bu partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.


