Dünya Özəl

Mask “Tesla”nı satmayacaq

Mask “Tesla”nı satmayacaq

"Tesla"nın qurucusu İlon Mask 2025-ci ilə qədər şirkətin hissələrinin satmayacağını bəyan edib.

Demokrat.az "CNN Türk"ə istinadən xəbər verir ki, daim "Tesla"nın səhmlərini satacağından danışan Mask iki il ərzində hissə satmayacağını bildirib.

Mask heç bir halda Tesla hissələrini satmayacağını və ən pis ssenari qarşısında qaldıqda belə, şirkətin səhmlərinin əlində saxlayacağını açıqlayıb.

“Tesla” və “SpaceX” şirkətlərini təsis edən Mask, sonuncu dəfə ötən il öz avtomobil şirkətinin 934 mindən çox səhmini satmışdı. Məşhur iş adamı bu satışdan 930 milyon dollar vəsait qazanmışdı.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova