“Çin Laçın dəhlizindəki vəziyyətin tezliklə həll olunacağına ümid edir”.
Demokrat.azMehr agentliyinə istinadənxəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizindəki vəziyyətlə bağlı müzakirəsində Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.
“İnanırıq ki, Laçın dəhlizi ilə bağlı mübahisələr dialoq yolu ilə həll edilməlidir. Rusiya bu istiqamətdə çox iş görüb və Çin bunu alqışlamaqdadır. Ümid edirik ki, Rusiyanın və digər maraqlı tərəflərin vasitəçiliyi ilə Laçın dəhlizi ilə bağlı iki ölkə arasındakı məsələ mümkün qədər tez həllini tapacaq. Azərbaycan və Ermənistan qonşudur və birgə təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi onların maraqlarına uyğundur”.
Şuanq əlavə edib ki, Çin, beynəlxalq hüquq əsasında Azərbaycan-Ermənistan münasibətlərini tənzimləyən tərəflərin vasitəçiliyində və mübahisələrin həllində maraqlıdır.
Zamiq Demokrat.az


