"Rusiyanın ekspert dairələrində Azərbaycanı təhdid edən açıqlamalar verilir. Bu açıqlamalar və anti-Azərbaycan mövqeli yazar Rusiya kütləvi informasiya vasitələrində geniş yayımlanır. Bunun da Kreml tərəfindən idarə olduğuna şübhə yoxdur. Çünki Rusiyada müstəqil KİV yoxdur. Birbaşa Kreml tərəfindən təlimatlandırılır. Halbuki bu 22 fevralda imzalanan Moskva Bəyannaməsinin bir çox bəndlərinin Moskva tərəfindən pozulmasıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ukraynadan sonra Azərbaycanı cəzalandırılacağına gəldikdə isə, politoloq əlavə edib ki, Rusiya Ukraynada siyasi-hərbi hədəflərinə nail olmayıb:
" Rusiya cəzalanır və Ukraynanın cəsur döyüşçüləri qarşısında aciz duruma düşüblər. Qərbin Ukraynaya verdiyi silahlara baxmayaraq, Rusiyanın da müasir silahları var. Sadəcə, Ukrayna əsgəri daha peşəkar və döyüş qabiliyyətinə malikdir. O silahdan Rusiya əsgəri istifadə edə bilmir, döyüş qabiliyyəti sıfırdır. Ona görə bilmək olmaz kim, kimi cəzalandıra bilər.
Raket atmaqla infrastrukturu dağıtmaqla müharibə etmək deyil. Bu, birbaşa terrorizmin bir növüdür. İkinci, Azərbaycanla Türkiyə arasında "Şuşa Bəyannaməsi" var. Və bu Bəyannaməyə uyğun olaraq Türk ordusu Azərbaycandadır. Rusiya burada Türkiyə ilə üz-üzə gələ bilər. Necə ki, Liviyada Türkiyə ordusu Rusiya ordusunun dizini yerə qoydu. Suriyada eyni vəziyyət yaradıb. Rusiya sülhməramlı qüvvələri Azərbaycanı tərk etməli və onların fəaliyyəti ölkəmizin suverenliyini təhdid edir və Qarabağda tam nəzarətin bərpa edilməsinin qarşısını alır.
Rusiyadan verilən bu açıqlamalar Kremlin hədəfidir və Azərbaycan onlar üçün heç də zəif" loxma" deyil".
Aynurə Demokrat.az


