Gündəm Özəl

Deputat: “Deyirlər ki, Azərbaycanı dəstəkləyirik, qazına, neftinə ehtiyacımız var”

Deputat: “Deyirlər ki, Azərbaycanı dəstəkləyirik, qazına, neftinə ehtiyacımız var”

"Bizim ictimaiyyətin tam hüququ var ki, Şuşa-Xankəndi yolunda aksiya keçirtsin".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, bir neçə Avropa ölkələrində aksiya ilə bağlı çox qəribə çağırışlar edilir:

"Bu da bizim üçün çox yaxşıdır. Çünki, biz bilməliyik ki, dost kimdir, düşmən kimdir. Mən ölkələrin adını çəkiməyəcəm. Amma elələri olur ki, deyirlər ki, biz Azərbaycanı dəstəkləyirik. Azərbaycanın qazına, neftinə ehtiyacımız var, Azərbaycanla strateji mütəffiqlik qurmağa marağımız var. Sonda da ağıla batmayan çıxışlar edirlər ki, Azərbaycan erməniləri Qarabağda sıxışdırır və s. yalan məlumatlar verirlər. Hesab edirəm ki, bu aksiyanın təsiri var, olacaq. Dünya ictimaiyyətinin bir çox məsələlərdə gözləri açıldı".

Aynurə Demokrat.az

D
demokrat.az