Sosial Özəl

"Ali təhsil sistemində yeniliklərə ehtiyac var" — Ekspert

Ali təhsil sistemində yeniliklərə ehtiyac var — Ekspert

"Ölkəmizdə təhsil sistemində müəyyən islahatlara ehtiyac var".

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, xüsusən ölkəmizin ali təhsil sistemində yeniliklərə ehtiyac var:

"Əmək bazarında tələbat hansı sahələrə çoxdursa, o ixtisasların ölkədə olması, vacibdir. Bunun üçün beynəlxalq təcrübələr araşdırılmalı və inkişaf etmiş ölkələrdə tələbat olan ixtisaslar ölkəmizdə də açılmalıdır. Ümumiyyətlə, bu sahədə təcrübəli mütəxəssislər yetişdirmək vacibdir ki, onların təminatı yaxşı olsun. Müvafiq olaraq universitetlər dövlət və özəl şirkətlərlə bir memorandum bağlamalıdır. Əgər bunlar olarsa, təhsil almağa meyilli gənclərin də sayı artar. Əks təqdirdə, xaricə üz tutan tələbələrin geri qayıtması qeyri-mümkündür".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova