İdman Özəl

"Penalti düzgün qərar deyildi" — Modriç

Penalti düzgün qərar deyildi — Modriç

Futbol üzrə dünya çempionatının yarımfinalında Argentinaya 3:0 hesabı ilə uduzan Xorvatiya millisinin kapitanı Luka Modriç jurnalistlərə açıqlama verib.

Demokrat.az xarici mediaya istinadla bildirir ki, ulduz oyunçu matçda verilən verilən penalti qərarının düzgün olmadığını vurğulayıb.

"Dəhşət bir oyun idi. Penalti, oyunda əsas məqamlardan biri oldu və matçın bütün gedişatını dəyişdi. Zənnimcə, penalti düzgün qərar deyildi. Amma nə etmək olar? Biz, uduzduq".

37 yaşlı yarımmüdafiəçi Leonel Messinin də performansını dəyərləndirib:

"Messini təbrik edirəm və finalda uğurlar arzulayıram. O, inanılmaz bir turnir keçirir və əfsanə olduğunu göstərir" - deyə Modriç bildirib.

Sonda təcrübəli futbolçu Xorvatiya millisini tərk edib-etməməsi ilə bağlı suala "indi bu haqda danışmağın vaxtı deyil" cavabını verib.

Zamiq Demokrat.az

NE
Nihadə Eyyubova