Qətərdə davam edən futbol üzrə dünya çempionatında daha bir jurnalist həyatını itirib.
Demokrat.az xarici KİV-ə istinadla bildirir ki, İTV Sportun texniki direktoru Rojer Pirs noyabrın 21-də Uels-ABŞ matçından əvvəl dünyasını dəyişib.
Bildirilir ki, bu günə qədər Pirsin ölümü haqqında hər hansı bir məlumat verilmədiyindən, onun ölümü işıqlandırılmayıb.
Hələlik jurnalistin ölüm səbəbi barədə məlumat verilməyib, lakin onun mundialdan 5 həftə sonra təqaüdə çıxacağı gözlənilirdi.
Qeyd edək ki, bu, dünya çempionatında sayca üçüncü jurnalist ölümüdür. Bundan əvvəl amerikalı idman müxbiri Qrant Vahl və qətərli fotojurnalist Xalid əl- Misslamın ölümü idman mediasının gündəmini zəbt etmişdi.
Zamiq Demokrat.az


