Hadisə

Bakıda yataqxana YANDI

Bakıda yataqxana YANDI

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən üçmərtəbəli yataqxanada yanğın olub.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda qeyd olunub.

D
demokrat.az