Dünya

Zelenski müharibənin gələn il bitəcəyini dedi

Zelenski müharibənin gələn il bitəcəyini dedi

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə müharibə 2023-cü ildə bitə bilər.

Demokrat.az xəbər verir ki, Zelenski bu barədə “Politico”ya müsahibəsində bildirib.

"Mən inanıram ki, ukraynalılar gələn il sülh dövrünün ən nüfuzlu xalqı olacaq”, - Zelenski deyib.

Prezident Ukraynaya kömək edən bütün dövlətlətə təşəkkürünü bildirib.

ABŞ-ın “Politico” nəşri Vledimir Zelenskini “2022-ci ilin ən nüfuzlu avropalısı” adlandırıb.

Daha əvvəl ABŞ-ın məşhur “Taym” jurnalı da Ukrayna prezidenti V.Zelenskini “İlin adamı” elan edib. Onun cəsurluğu və Rusiya işğalına qarşı xalqın müqavimət ruhunu yüksəltmək bacarığı təqdir olunur.

D
demokrat.az