Region Özəl

Rusiya və İran əməkdaşlıq müqaviləsi imzalayacaq

Rusiya və İran əməkdaşlıq müqaviləsi imzalayacaq

Rəsmi Moskva və Tehran yaxın vaxtlarda hərtərəfli əməkdaşlıq haqqında saziş imzalayacaq. Demokrat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Biz çox da uzaqda olmayan münasibətlərə dair uzunmüddətli hərtərəfli saziş imzalayacağıq”, - diplomat bildirib. Lakin o, sözügedən sənədin dəqiq imzalanma tarixini və yerini açıqlamayıb.

İndi Rusiya ilə İran arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında saziş var. 2001-ci ildə avtomatik yenilənmə ilə on il müddətinə imzalanmışdı.

Qeyd edək ki, bundan əvvəl İsrail hakimiyyəti Rusiya və İran arasında nüvə sahəsində əməkdaşlığın güclənməsindən narahat idi. İsrail tərəfi qorxur ki, ölkələrin yaxınlaşması Tehranın nüvə silahı yaratmaq cəhdlərində əl-qolunu aça bilər.

Jalə Demokrat.az

D
demokrat.az