Region Özəl

Kursk aeroportuna PUA hücumu — Yanacaq çəni yandı

Kursk aeroportuna PUA hücumu — Yanacaq çəni yandı

Rusiyanın Kursk şəhərində hava limanına hücum edildiyi, yanacaq çəninin alovlandığı bildirilib.

Demokrat.az TGRT HABER-ə istinadən xəbər verir ki, Rusiyanın cənub-qərbində yerləşən Kursk şəhərinin hava limanının pilotsuz təyyarə ilə hədəfə alınıb.

Kursk vilayətinin qubernatoru Roman Starovoit sosial media hesabından açıqlama verərək, hava limanında yanacaq tankerinin partladığını qeyd edib: "İHA-nın hücumu nəticəsində Kursk hava limanında neft yanacaq daşıyan tanker alovlanıb".

Hadisə nəticəsində insan tələfatı baş vermədiyi deyilir.

Yanğına vaxtında müdaxilə olunduğu bildirilib.

Jalə Demokrat.az

D
demokrat.az