ABŞ-da növbəti yalançı peyğəmbər əməliyyatı keçirilib. Demokrat.az Tgrt Haber-ə istinadən xəbər verir ki, sentyabrda keçirilən əməliyyatda həbs edilən 46 yaşlı Samuel Rappylee Bateman-a qarşı irəli sürülən ittihamlar qan dondurub. 20-dən çox arvadı olan Batemanin ən kiçik qurbanı 9 yaşlı qızdır.
Xalq arasında “Mormon peyğəmbəri” və “yalançı peyğəmbər” kimi də tanınan Bateman Federal Təhqiqat Bürosunun (FTB) keçirtdiyi əməliyyatdan sonra həbs edilib.
FTB agentləri sentyabrın 13-də Samuelin Arizona ştatındakı evinə də basqın edərək orada yaşayan 18 yaşlı qızları xilas ediblər.
Federal Təhqiqat Bürosunun hesabatına görə, Bateman öz qızı da daxil olmaqla 9 yaşdan kiçik 20-yə yaxın qızla evlənməkdə ittiham olunur.
Şahidlərin ifadəsində bildirilir ki, Bateman 2019 cu ildə öz yeniyetmə qızı ilə evlənmək niyyətini açıqlayıb.
Digər mənbələrdə isə onun təxminən əksəriyyəti azyaşlı olmaqla 20-dən çox qadın ilə birlikdə olduğu bildirilir.
FTB agenti Martin bildirib ki, yalançı peyğəmbərin həyat yoldaşı kimi tanıdığı adamların ən kiçiyi 2011-ci il təvəllüdlü qızdır.
O, bu şəxsin həmin vaxt 9 yaşında olduğunu vurğulayıb.
Digər tərəfdən, polis qeydlərində 11-14 yaşlarında üç qızın sözügedən hadisədən xilas edildiyinə dair məlumatlar var.
Federal prokurorlar onu da əlavə ediblər ki, yalançı peyğəmbər tutulduqdan sonra ardıcıllarına bütün mesajları silməyi tapşırıb.
Jalə Demokrat.az


