Siyasət Özəl

“Azərbaycanın suverenliyini təsdiq etmək prosesinə başlanılıb” — Zərdüşt Əlizadə

“Azərbaycanın suverenliyini təsdiq etmək prosesinə başlanılıb” — Zərdüşt Əlizadə

“Azərbaycan iki il gözlədi ki, Rusiya sülhməramlı sözündə olan sülhə doğru fəaliyyət göstərsin. Ancaq gördü ki, rusların məqsədi sadəcə orada qalmaqdır, öz mövcudluqlarını təsdiqləməkdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloqun sözlərinə görə, hazırda regionda ciddi siyasi proseslər gedir.

“Rusiyanın bu addımdan sonra Azərbaycan diplomatik səviyyədə danışıqlara keçdi. Bu danışıqlarda da Rusiyanın nəzərinə çatdırılır ki, vaxt yetişib, artıq vəziyyət sabitləşib. İndi erməni tərəfinin Azərbaycana inteqrasiyaya hazır olmağa başlasınlar. O biri tərəfdən bunu etməyəndə de-fakto gəlib artıq yerdə Rusiya tərəfi qarşısında müəyyən əngəllər və problemlər yaradır. Məsələn bizim məmurlar gəlirlər ki, biz göstəriş almışıq, gəlmişik ki, bu ərazidə filan işi görməyə, bizə şərait yaradın. Onlar da başlayırlar nala-mıxa vurmağa, çünki açıq-aşkar yox deyə bilməzlər, açıq toqquşmaya gedə bilməzlər. Buna görə də, hazırda xoşagəlməz hadisələr baş verir. Ruslar qəsdən erməni camaatını toqquşmalara təhrik edirlər. Ruslardan həvəsləndirici işarələr almasalar ermənilərin ağzı nədir ki, nəysə edərlər. Hazırda bir sıra ciddi proses gedir. Yəni, Azərbaycan hökuməti addım-addım ermənilərin məskunlaşdığı yerlərdə də Azərbaycanın suverenliyini təsdiq etmək prosesinə başlayıblar və bu proses davam edəcək”.

Nəzrin Demokrat.az

D
demokrat.az