Media

Sənubər Nəzərova mətbuat katibi təyin edildi

Sənubər Nəzərova mətbuat katibi təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-də kadr dəyişikliyi olub.

Demokrat.az Manset.az-a istinadla xəbər verir ki, qurumun yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə Sənubər Nəzərova Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi təyin olunub.

O, bu təyinata qədər SOCAR AQŞ-nin mətbat meneceri, "Teknofest Azərbaycan" ofisinin PR nümayəndəsi vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb.

D
demokrat.az