Braziliyalı futbol əfsanəsi Pele bağırsaq xərçəngi ilə mübarizə aparır.
Məlumata görə, kimya terapiyası gözlənilən nəticəni vermədiyi üçün üçqat dünya çempionu hazırda palliativ müalicə alır.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat keçirib.
82 yaşlı idmançı son olaraq noyabrın 29-da Sao Paulodakı xəstəxanaya yerləşdirilib. Dekabrın 2-də Peleyə tənəffüs yolları infeksiyası diaqnozu qoyulduğu məlum oldu.
Onu da bildirək ki,braziliyalıya şəfa arzusu Qətərin hündürlüyü 300m olan “Aspire Tower” göydələni üzərində əks olunub. Binanın üzərində “Pele, tez sağal!” yazılıb.



