Türkiyə təhlükəsizlik qüvvələri Şırnak bölgəsində terrorçulara qarşı əməliyyat keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şırnakın Güçlükonak rayonunun Qabar dağı bölgəsində keçirilən əməliyyatda 3 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Əməliyyatda pilotsuz uçuş aparatlarından da istifadə edildiyi qeyd olunur.


