İdman

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani ardıcıl ikinci dəfə dünya çempionu olub.

Demokrat.Az xəbər verir ki, Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında idmançımız -80 kq çəki dərəcəsində ən güclü olduğunu bir daha sübut edib.

Taekvondoçumuz həlledici döyüşdə yunanıstanlı Apostolos Telikostoglou üzərində inamlı qələbə qazanıb (22:12).

Qeyd edək ki, Milad Beigi Harçeqani, 2017-ci ildə Koreya Respublikasının Muju şəhərində təşkil olunmuş dünya çempionatında qızıl medala layiq görülmüşdü. O, son nəticədən sonra adını ölkəmizin idman tarixinə yazdırıb. Milad, Azərbaycanın taekvondo tarixində 2 qat dünya çempionu olan yeganə idmançıdır.

Beləliklə, Azərbaycanın taekvondo üzrə milli komandası dünya çempionatından 1 qızıl və 1 bürünc medalla qayıdır. Bürünc mükafatı komandamızın adına qadınlarınyarışında Fəridə Əzizova (-67 kq) qazandırıb.

D
demokrat.az