Sosial Özəl

“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR

Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbdə "Şuşanın 270 anı"adlı filmin təqdimatı keçirilib.

Demokrat.az xəbər veri ki, təqdimatda “Cəmiyyətin və Medianın inkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş, məktəbin müəllim və şagirdləri, eləcə də, şəhid ailələri qonaq qismində iştirak ediblər.

Tədbirdə iştirak edən qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyələ tanış olublar. Daha sonra isə filmin təqdimatı keçirilib.

Tədbiri açıq elan edən məktəbin direktoru Yaqut Məmmədova tariximizlə bağlı filmlərin ümumtəhsil məktəblərində yayımlanmasını və şagirdlərin bu yöndə tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən layihə rəhbəri Lalə Azərtaş 44 günlük Vətən müharibəsindən, igid ordumuzun göstərdiyi şücaətdən danışıb.

Sonda iştirakçılar filimlə bağlı öz təəssüratlarını bölüşüblər və günü əbədiləşdirmək üçün xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, film “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!”layihəsi çərçivəsində çəkilib.

“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
“Şuşanın 270 anı” filmi şagirdlərə təqdim olundu — FOTOLAR
Leyla Demokrat.az

D
demokrat.az