Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Mayın 17-də qızılın qiyməti mayın 16-ı ilə müqayisədə 17,034 manat azalaraq 1 unsiya üçün 2187,05 manat təşkil edib.
Gümüş 0,4213 manat ucuzlaşaraq 1 unsiya üçün 24,7221 manata bərabər olub.
Platinin qiyməti 27,302 manat azalaraq 1412,207 manat, palladiumun qiyməti isə 9,707 manat azalaraq 2262, 6575 manat təşkil edib.
| Ad | 17.05.2019 | 16.05.2019 | |
| Qızıl | XAU | 2187.05 | 2204.084 |
| Gümüş | XAG | 24.7221 | 25.1434 |
| Platin | XPT | 1412.207 | 1439.509 |
| Palladium | XPD | 2262.6575 | 2272.3645 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (Trend)


