İdman

Zədələnən Neymar DÇ-2022-ni buraxacaq? — FOTO

Zədələnən Neymar DÇ-2022-ni buraxacaq? — FOTO

Braziliya millisinin üzvü Neymar DÇ-2022-nin qrup mərhələsinin I turunda Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.

Demokrat.az xəbər verir ki, topuğundan xəsarət alan hücumçu 79-cu dəqiqədə Antoni ilə əvəzlənib. Yığmanın həkimi Rodriqo Lesmar Neymarın son durumu barədə bu sözləri deyib:

"Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik".

Baş məşçi Tite futbolçunun DÇ-2022-də oynayacağını söyləyib: "Narahat olmayın, Neymar dünya çempionatında oynayacaq. O, oynamağa davam edəcək, bundan əmin ola bilərsiniz".

Neymar oyundan sonra son durumu barədə şərh vermək istəməyib.

Zədələnən Neymar DÇ-2022-ni buraxacaq? — FOTO
Offsideplus.az

D
demokrat.az