Dünya Özəl

Kiyevdə evlərin 70%-i işıqsız qalıb

Kiyevdə evlərin 70%-i işıqsız qalıb

Kiyevdə evlərin 70%-ielektrik enerjisindən məhrum olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı məlumat Kiyev şəhər hərbi administrasiyasınınbəyanatında verilib.

Qeyd olunur ki, Kiyevin təmir və qəza qrupları istilik təchizatının bərpası üçün gərgin iş aparır:

"Səhər saatlarından etibarən mühüm infrastruktur obyektlərinə elektrik enerjisinin verilməsi bərpa edilib. İlknövbədə xəstəxanalara elektrik verilib. Orta ölçülü istilik qurğularının elektrik enerjisi ilə təchizatı üçün işlər davam etdirirlər", - məlumatda deyilir.

Bildirilir ki, Kiyevin sol sahilinə gərginlik verən iki tranzit xətti təmir edilib:

"Bütün obyekt və evlərə tezliklə enerji veriləcək. Rusiyanın növbəti terror-raket zərbəsindən sonra enerji sistemində vəziyyət son dərəcə ağırdır.Yerli sakinlərdən enerji sisteminə kömək etmək üçün elektrik enerjisinin istehlakında maksimum məsuliyyətli olmaları xahiş olunur"

Leyla Demokrat.az

D
demokrat.az