"Rusiya Federasiyasının Ukraynanınkritik infrastrukturunaraket zərbələri kütləvi qırğın silahlarından istifadəyə bərabərdir"
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunuNATO Parlament Assambleyasının plenar iclasında çıxış edən Ukrayna prezidenti Volodimr Zelenski deyib.
"Ruslar qışda ukraynalıları su və istilikdən məhrum etməklə, Ukraynanın enerji infrastrukturunu məhv etmək istəyirlər. Onlar milyonlarla insanın həyatını birbaşa təhlükə altında qoymaq istəyirlər. Bu, kütləvi qırğın silahlarından istifadəyə bərabərdir" - Zelenski qeyd edib.
Prezident vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaları gücləndirmək, Ukraynanın hava hücumundan müdafiə sistemini təkmilləşdirmək və Ukraynaya müdafiə dəstəyini artırmaq lazımdır.
Leyla Demokrat.az


