“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı Şimali Makedoniya ilə yoldaşlıq görüşündə fərqlənməklə Azərbaycan yığmasında ilk qoluna imza atıb.
Demokrat.az xəbər verir ki, yığmamızın hücumçusu 3:1 hesablı qələbədə ikinci qolun müəllifi olub.
Həmçinin oxuyun: Автомобили CHERY с гарантией 10 лет или 1 000 000 км! - Фото
Bu qoldan sonra Musa Qurbanlı atası Qurban Qurbanovla millidə fərqlənən ilk ata-oğul olaraq adlarını tarixə yazdırıblar.
Qeyd edək ki, millimizin hücumçusu olmuş Qurban Qurbanov yığmanın heyətində 14 dəfə rəqib qapılarına yol tapıb və bombardirlik siyahısına başçılıq edir.






