Mədəniyyət Özəl

“Hər kəs qanuna əməl etməlidir“ — Rasim Balayev

“Hər kəs qanuna əməl etməlidir“ — Rasim Balayev

Mədəniyyət Nazirliyinin səlahiyyəti artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək həvalə edilib. Aydındır ki, bu fərman son illər bu strukturda korrupsiya hallarının artmasının qarşısını almağa yönəlib.

Mövzu ilə bağlı Xalq artisti Rasim Balayev Demokrat.az-a açıqlama verib. Xalq artisti açıqlamasında bunları bildirib.

“Yəqin ki, prezident İlham Əliyev lazım bilib və bu fərmanı imzalayıb. Prezidentin qərarı barədə bir söz deyə bilmərəm və heç bir fikrim yoxdur. Yəqin ki, bundan sonra hər şey yaxşı olar və hər kəs qanuna əməl edər”.

Nəzrin Demokrat.az

D
demokrat.az