Dünya

Bu ölkədə 7,7 bal gücündə zəlzələ

Bu ölkədə 7,7 bal gücündə zəlzələ

Papua-Yeni Qvineyada rixter cədvəli üzrə 7,7 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kokopo şəhərindən 47 km məsafədə, yerin 10 km dərinliyində yerləşib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.(Redaktor.az)

D
demokrat.az