Region

Rusiya Ukrayna ilə "ilkin şərt olmadan" danışıqlara hazır olduğunu bəyan etdi

Rusiya Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bəyan etdi

Rusiya Ukrayna hakimiyyəti ilə "danışıqlara açıq" olduğunu bəyan edib. Moskva, guya “ilkin şərt” olmadan dialoqa hazırdır.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə istinadən TASS xəbər verir.

"Mən yalnız mövqeyi təsdiq edə bilərəm - biz ilkin şərt olmadan dialoqa açığıq. Biz əvvəllər də buna hazır idik. Lakin Kiyev Qərb kuratorlarının əmri ilə, ümumiyyətlə, irəliləyən dialoqu kəsdi. İndi hər şey keçmişdə qaldı. Sonra nə olacaq?- Bu, bizdən asılı deyil”, - Ryabkov bildirib.

D
demokrat.az