İdman

Salyanda cüdo üzrə azyaşlı yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib — FOTOLAR

Salyanda cüdo üzrə azyaşlı yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib — FOTOLAR

06 noyabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Yeni Uluxanlı kənd tam orta məktəbin idman zalında 8 Noyabr Zəfər Gününü qeyd etmək, Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsini yad etmək və rayonda cüdo idman növü üzrə perspektivli idmançıları aşkar etmək məqsədi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş cüdo idman növü üzrə azyaşlı yeniyetmələr və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.

İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq bildirdi ki, Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu. Bu gün 44 günlük vətən müharibəsi xalqımızın parlaq salnaməsinə çevirilib. Cüdo idman növü üzrə məşqçi müəllim Zaur Əliyev qeyd etdi ki, Prezident cənab İlham Əliyevin göstərdiyi qayğı, habelə həyata keçirdiyi siyasət sayəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanıb. İdmançılarımız ən mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edir, Azərbaycan hər il yeni-yeni beynəlxalq turnirlərin təşkilatçısı kimi böyük nüfuz qazanır.

Dövlət Himni səsləndirildikdən sonra birinciliyə start verildi.

Açıq rayon birinciliyində Masallı, Şirvan Bakı və Salyan komandalarından olan idmançılar mübarizə apardı. Açıq rayon birinciliyinin yekununda komanda hesabında III yeri Masallı, II yeri Şirvan, I yeri isə Salyan komandası tutdu.

Sonda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olundular.

Salyanda cüdo üzrə azyaşlı yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib — FOTOLAR
Salyanda cüdo üzrə azyaşlı yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib — FOTOLAR

D
demokrat.az