"Artıq maskalar cırılıb və hərənin öz sifəti olduğu kimi görünür. İranın da uzun illər gizli mövqe sərgiləməsinə baxmayaraq, Ermənistanın arxasında durduğu açıq-aşkar görünür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
Partiya sədri qeyd edib ki, İranın Azərbaycana qarşı sərgilədiyi mövqe qəbuledilməzdir.

“Maraqlıdır ki, Qərb ölkələri ilə düşmən olan İran Azərbaycan-Ermənistan, Türkiyə-Yunanıstan məsələsində Ermənistanla Yunanıstanın yanında dururlar. Qərb, Avropa ölkələri ilə düşmən olan İran Sorosun adamı olan Paşinyanla isti münasibətlərdədir. Soçidən sonra Paşinyan məntiqlə hara getməli idi? Əlbəttə ki, ABŞ və Avropa ölkələrinə, amma İrana getdi. Bu da açıq-aydın göstərir ki, Azərbaycana münasibət məsələsində bunların mövqeyi birdir. İranın mövqeyi də açıq-aşkar düşmənçilik mövqeyidir. Dövlət səviyyəsində İrana qarşı təpkimiz oldu, o cümlədən də DTX tərəfindən onların agenturaları həbs edildi. Bunların silahlı dəstə yaratması da üzə çıxdı, eyni zamanda o da bəlli oldu ki, bu işlərin içinə İran səfirliyi də qarışıb. Ona görə də, buna daha geniş yanaşmaq lazımdır. İranın daxilində müəyyən proseslər gedir. İran bizim haqq işimizə mane ola bilməyəcək. Hər halda, İran bölgə dövlətidir, bütün hallarda ehtiyatlı olmaq lazımdır. Eyni zamanda, proseslərin üzərinə getmək lazımdır. Ermənistan Zəngəzur dəhlizini açılmağa qoymursa, Zəngəzuru bütövlükdə itirməli olacaq. İran da ona kömək edə bilməyəcək. Çünki Azərbaycan əvvəlki kimi tək deyil.Azərbaycan da xeyli məsələləri özü ilə müttəfiq olan ölkələrlə həll edir. Ona görə də, İranın sərhədlərimizdə təlim keçməsi, Azərbaycana qarşı güc nümayişi idisə, ona adekvat da biz güc nümayiş etdirə bilirik. Təbii ki, ehtiyatlı olmaq lazımdır. Yenə deyirəm, Azərbaycan öz istəyinə nail olacaq”.
Aynurə Demokrat.az


