Kriminal Özəl

Sumqayıtda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Paşa şəxsi münasibətlər zəminində arvadı Aytəkinə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə ifadə verən təqsirləndirilən Paşanın sözlərinə görə, 2008-ci ildə Aytəkin ilə ailə həyatı qurub və birgə nigahlarından 2010-cu ildə qızı, və 2012-ci ildə oğlu olub: “Ailə həyatı qurduğumuz vaxtdan sözlə münaqişələrimiz olub. Lakin Aytəkini döyməmişəm”. Təqsirləndirilən şəxs qeyd edib ki, baş verən hadisə günü, axşam vaxtı həyat yoldaşı Aytəkinlə sözlə mübahsiləri olub: “Həmin vaxt Aytəkin əsəbləşərək həyətə düşmək istədi. Mən də onun həyətə düşməsinə icazə vermədim. Aytəkin də məni nalayiq sözlərlə təhqir edən zaman əsəbləşdim. Yumruqla onun başına və gözünə vurdum”.

Paşa deyib ki, münaqişə zamanı hadisəyə şahidlik edən heç bir şəxs olmayıb. O bildirib ki, münaqişə təxminən 5-10 dəqiqə davam edib. O, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Paşanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az